Cümə axşamı, 29 Mart 2018 22:00

Məhbus jurnalistin səhhəti pisləşib

Kanal13 internet televiziyasının Bakı filialının rəhbəri jurnalist Əziz Orucovun səhhəti pisləşib. Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova FB-səhifəsində yazıb: “Bu gün Əziz bəylə telefonla danışdım. Səhhətində ciddi problemlər yaranıb. Böyrəyinin ağrıları artıb, bu da təyziqinin qalxmasına səbəb olub. Bu azmış kimi ürəyində də problemlər yaranıb. Sol qolunda uyuşmalar olduğunu, döşqəfəsində kəskin küt ağrıların artdığını dedi. Xahiş etdi ki, növbəti görüşdə ona lazımi dərman preparatları aparım”.

Qeyd edək ki, Əziz Orucov saxta ittihamlarla 6 il azadlıqdan məhrum edilib.

Oxunuş sayı 1075 dəfə
Şərh vermək üçün giriş edin
Top