Şənbə, 02 Aprel 2016 12:48

  Adı olub özü olmayan QHT-lərin fəaliyyəti nəzarətə götürülür

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının strukturu, iş fəaliyyəti  və əsasən qrant ayrılan QHT-lərin sayı ilə bağlı ciddi dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

Bizimxeber.az-a daxil olan məlumata görə, qrant alan QHT-lərin fəaliyyəti və ayrılan pulun aidiyyatı üzrə xərclənmədiyi və onlara nəzarətin olunmadığı müəyyən hökümət dairələrində ciddi müzakirə mövzusuna cevirilib. 

Ölkənin çətin maliyyə problemləri ilə üzləşdiyi bir zamanda QHT-lərə ayrılan qrantların hara xərcləndiyi və qrantları hansı QHT-lərin aldığı araşdırlmalıdır. Bizimxeber.az-a daxil olan məlumatda həmşçinin bildirilir ki, əksər QHT-lərin yalnız kağız üzərində adı var onlar ildə iki dəfə külli miqdarda qrant alır. Bu faktlar ciddi şəkildə araşdırılacaq.

 

Qeyd edək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri millət vəkili Azay Quliyevdir.

Oxunuş sayı 2510 dəfə
Şərh vermək üçün giriş edin
Top