Bazar ertəsi, 15 Yanvar 2018 21:00

Siyasi mühacirin atası təhdid edlib

saday KerimovAlmaniyada siyasi mühacirətdə olan Saday Kərimovun doğmaları təhdid olunur

Bu barədə Xeber.İnfo-a S.Kərimov özü məlumat verib: “Bu gün (16.01.2018) valideynlərim yaşayan ünvana - Suraxanı rayonu Hövsan qəs, Elman Qasımov küç, ev 15, mülki geyimli şəxslər gəlib atamdan məni soruşublar. Mənim siyasi fəaliyyətimi dayandırmağımı atamdan istəyiblər. Bir müddətdən sonra yenə gələcəklərini deyib, gediblər”.

Qeyd edək ki, S.Kərimov siyasi fəaliyyətinə görə, Azərbaycanda daim təqib edilib və həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkəni tərk etmək məcburiyyətində qalaraq, Almaniyaya sığınıb. 

Oxunuş sayı 1194 dəfə
Şərh vermək üçün giriş edin
Top