Cümə axşamı, 14 Dekabr 2017 21:00

Almaniyada sığınacaq istəyən Zakir Bulatov axtarışa verildi

26241142 1956559931039542 2060038479 nBir neçə il əvvəl ailəsi ilə birlikdə ölkəsini tərk edib, Almaniyadan sığınacaq istəyən Zakir Bulatov barəsində Mahaçkala polisi tərəfindən axtarış verilib.

Bu barədə Z.Bulatov özü Xeber.İnfo-a məlumat verib: “Mənim Dağıstanda yaxın qohumlarım yaşayır. Mən ölkəni tərk etdikdən sonra polis mütəmadi olaraq qohumlarımı təhdid edib, mənim geri qayıtmağım üçün onlara təzyiq göstərib. İndi də qohumlarımın mənə verdikləri məlumata görə Mahaçkala polisi haqqımda axtarış elan edib. Bu axtarış mənim həbsimi qətiləşdirir. Mən ölkəmə qayıdaramsa dərhal həbs olunacağım”.

Qeyd edək ki, Zakir Bulatov Dağıstan vətəndaşıdır.  

Oxunuş sayı 1581 dəfə
Şərh vermək üçün giriş edin
Top