Bazar, 10 Dekabr 2017 21:00

Zabratda yol qəzası - Piyada öldü

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 10-da saat 7:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Afiq Quliyev idarə etdiyi "İsuzu” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Misirxan Rzayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Oxunuş sayı 986 dəfə
Şərh vermək üçün giriş edin
Top