Cümə, 01 Aprel 2016 10:23

Jurnalist qətlə yetirilib - Sankt-Peterburqda

Rusiyanın Sankt-Peterburq şəhərində 54 yaşlı jurnalist Dmitri Çilikin qətlə yetirilib. Onun meyiti yaşadığı mənzildə aşkarlanıb. Jurnalistin iki gün əvvəl aldığı bıçaq yaralarından öldüyü bildirilir.

Novator.az xəbər verir ki, Çilikinin qətlinə dair müxtəlif versiyalar nəzərdən keçirilir. Hüquq mühafizə orqanları jurnalistin məişət zəminində qətlə yetirilməsi versiyasını istisna etmir. Bunu belə əsaslandırırlar ki, onun mənzilindəki noutbuku və telefonu itib.

 

Dmitri Çelikin “Ças pik” qəzetində “Mədəniyyət və cəmiyyət” rubrikasının redaktoru, bir  neçə televiziya və radio kanalında proqramların müəllifi və aparıcısı olub.

Oxunuş sayı 1725 dəfə
Şərh vermək üçün giriş edin
Top