Cümə, 08 Dekabr 2017 21:00

"Cənab nazir, tabeliyinizdə çalışan mayora tapşırın ki..." - Müraciət

“Cənab nazir, Fikrət adlı hərbçi mayor məni şəxsi evində işlədib, zəhmət haqqımı vermir. Ailəmi əlimin zəhməti ilə saxlayıram. Xahiş edirəm sizin tabeliyinizdə çalışan bir mayora tapşırıq verin ki, mənim əlimin zəhmətini versin”. Bu cümlələr Ənnağiyev Vüqar Aslan oğlunun Xeber.İnfo-nun redaksiyasına ünvanladığı məktubda yer alıb.

V.Ənnağiyev əvvəllər tanıdığı Fikrət adlı hərbçinin Xətai rayonunda yerləşən şəxsi evində işlədiyini və əmək haqqını ala bilməməsindən şikayətlənir. O, çıxış yolunu mətbuat vasitəsilə müdafiə naziri Zakir Həsənova müraciət etməkdə görür. Nazirin ünvanına yazdığı məktubun sürətilə bərabər hərbçiyə məxsus olduğunu iddia edən villanın şəkillərini də təqdim edib.

Şikayətçinin iddiasına görə Fikrət adlı hərvçi Müşfiq qəsəbəsində yerləşən hərbi hissələrin birində xidmət edir.

Xeber.İnfo məktubun sürətini və həmin villanın şəkillərini dərc edir və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır.

ramil3

 ramil4

ramil1

 ramil2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oxunuş sayı 1231 dəfə
Şərh vermək üçün giriş edin
Top