Cümə, 01 Aprel 2016 10:07

Müəllim şagirdlərin saçını qırxdı - Tovuzda, Video

Tovuz rayonunun orta məktəblərindən birində anlaşılmazlıq olub. Bir qrup valideyn məktəbdə müəllimin şagirdlərin saçını zorla qırxdığını iddia edib.

Region TV  xəbər verir ki, valideynlər müəllimi şagirdə qarşı heç bir təlim tədris qaydalarına sığmayan davranışda ittiham edirlər.

Kamera qarşısına keçmək istəməyən valideynlər bildirblər ki, məktəbin dərs hissə müdiri Zeynəb Həsənova şagirdlərin saçını özü qırxıb.

Zeynəb Həsənova isə səslənən ittihamlarla razılaşmır. Rayon Təhsil Şöbəsi məktəbdə yaranan anlaşılmazlıqla bağlı xüsusi komissiya yaradıb.

Oxunuş sayı 1646 dəfə

Media

Şərh vermək üçün giriş edin
Top