Cümə axşamı, 02 Mart 2017 21:00

Jurnalist Röya Rəfiyeva mühacirətə getdi

“Yeni Müsavat” qəzetinin və “Kanal 13” İnternet televiziyasının əməkdaşı, tanınmış jurnalist Röya Rəfiyeva Almaniyaya mühacirət edib.

Sozcu.az xəbər verir ki, bu haqda "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyi'nin sədri, siyasi şərhçi Azər Rəşidoğlu özünün feysbuk səhifəsində yazaraq məlumat verib. O, bildirib: "Mühacirətə gedən jurnalistlərimizin sayı artır. Tanınmış jurnalist, "Yeni Müsavat" qəzetinin əməkdaşı Roya Rafiyeva bu gün Almaniyaya gedib və dərhal siyasi sığınacaq istəyib. Almaniyada olan dostlarımın məlumatına görə, Röya artıq düşərgədə yerləşdirilib. Çox ciddi bir jurnalistimiz ölkəni tərk etdi...."

Oxunuş sayı 1426 dəfə
Şərh vermək üçün giriş edin
Top