Çərşənbə, 01 Mart 2017 21:00

Şirzad Babayev: “Hökumətin bütün qərarları ailə iqtidarının möhkəmlənməyinə xidmət edir”

“Mehriban Əliyevanın vitse-prezident postuna təyin olunması hər şeydən əvvəl ölkə imicini ziddi zərbə altına qoyur və dövləti gülüş hədəfinə çevirir” – bu sözlər Müsavat Partiyasının Avropadakı mühacir fəali Şirzad Babayevə məxsusdur.

sirzadŞ.Babayev hesab edir ki, belə bir postun yaradılmasına heç bir ehtiyac yox idi: “Mediaya məlumdur ki, Vətəndə ailəmə edlən basqılar çoxları kimi məni də susmağa vadar edib. Ancaq baş verən olay o qədər ciddi, o qədər utancvericidir ki, bununla barişmaq vicdanini, leyaqətini itirmək deməkdir. Vitse-prezident postu bəlkə də lazımdi. Amma hansı həyasızlığa gəlibçatasan ki, səhər yuxudan durub elan edəsən: Alın, sizə vitse-prezident gətirdim.  Bu, bir millət adına rəzillikdir. Hökumət çox ciddi yanlışlığa yol verir. Hökumətin bütün qərarları ailə iqtidarının möhkəmlənməyinə xidmət edir. Son 15 ildə üç dəfə referendum keçirilib. Hamısında ailə hakimiyyətinin daha da möhkəmlənəcəyi nəzərdə tutulub. Hesab edirəm ki, rejim iki məqsədlə bu addımları atır. Birincisi, cəmiyyətdə yaratdığı ciddi ədalətsiz mühitə görə cavab verə bilməyəcəyini düşünüb, hər yolla olursa olsun hakimiyyətdə qalmasını təmin etməyə çalışır. İkincisi, hakimiyyəti irs olaraq Heydər Əliyevdən aldığını düşünür”.

Ş.Babayev kadr siyasətinin bərbad olduğunu düşünür: “25 ildə hökumət kadr yetişdirə bilməyib. Hökumətdə təmsil olunan şəxslərin böyük əksəriyyəti Heydər Əliyevin kadrlarıdır. Həmin kadrlar sovet dövrünə məxsusdurlar. Ona görə də idarəçilikdə ən yaxşı halda 90-cı illər təkrarlanır. Mehriban Əliyevanın bu posta təyinatı hər şeydən əvvəl güvən məsələsidir. Ailə taleyini təkcə İlham Əliyevə etibar etməkdən çəkinir. Hər hansı vəziyyətdə bir hadisə baş verərsə, İlham Əliyev fiziki olaraq iqtidarını itirərsə, ailənin gələcəyi sual altına düşə bilər. Görünür, ətrafda daha güvənilə bilən kadr qalmayıb. Ən azı biz bunu 2015-ci il Eldar Mahmudov timsalında gördük. Dövlətin onurğası hesab olunan idarənin rəhbəri tərəfindən həyata keçirilən əməliyyatlar hələ də tam olaraq açılmayıb. Bir neçə maliyyə dövriyyəsi ortaya atılıb. Vitse-prezident postunun yaradılması və Mehriban Əliyevanın da təyin olunması Eldar Mahmudov olayından sonraya təsadüf edir. Hesab edirəm ki, rejim çıxılmaz duruma düşdüyü və iqtidarını qorumaq üçün belə bir addım atmaq məcburiyyətində qalıb”.

Bu təyinat Azərbaycanın imicini ciddi zədələyəcək. Ən azı bütün dünya dövlətləri belə bir təyinatı normal qarşılamayacaq. Qeyd etdiyim kimi hakimiyyətin etibarlı kadr çatışmamazlığı məlumdur. Bu üzdən hökumətin zəiflədiyini anlayan beynəlxalq təşkilatlar ailənin arxasında çəkilə bilərlər. Ailə də sivil yolla iqtidardan getməyəcək. Nəticədə bir tərəfdə hər yolla hakimiyyətdə qalmaq ehtirası ilə yanan ailə rejimi, digər tərəfdə də uzun illər rejimin zülmündən inləyən xalq dayanacaq. Düşünürəm ki, bu təyinat ölkədə ciddi qarşıdurma yaradacaq və hətta vətəndaş müharibəsi ola bilər - Ş.Babayev əlavə edib

Oxunuş sayı 1621 dəfə
Şərh vermək üçün giriş edin
Top