Bazar ertəsi, 27 Fevral 2017 21:00

Siyasi fəal Elçin Əskərov axtarışa verildi?

Siyasi fəal Elçin Əskərov Sumqayıt polisi tərəfindən axtarılır. Bu barədə E.Əskərovun atası Məmməd Əskərov elcin esgerovXeber.İnfo-a məlumat verib. M.Əskərovun məlumatına görə, 21 fevral tarixində İlham Əliyevin birinci vitse-prezident təyanatı ilə bağlı verdiyi sərəncamı oğlu Elçin tənqid edib. Bu təyinatın yanlış olduğunu dediyi üçün neçə gün idi polis axtarırdı. Hamımız həbs edəcəklərini bilirik. Ona görə də oğlum Elçin müxtəlif yerlərdə gizlənir. Dünən isə polis yaşadığımız evə gəlib, günün sonuna qədər oğlumun polis idarəsinə getməli olduğunu bildirdi. Əks halda oğlum barəsində axtarış veriləcəyini dedi”.

M.Əskərov oğlunun günahsız olduğunu deyir: “Oğlumun heç bir günahı yoxdur. Hakimiyyəti tənqdi etdiyi üçün onu həbs etmək istəyirlər. İki gənc heykələ bir söz yazmaqla narkotik vasitədən istifadə etmək bəhanəsiylə 10 il həbs etdilər. Yəqin mənim oğlumu da həbs edəcəklər”.

Qeyd edək ki, siyasi fəal Elçin Əskərovu polis dəfələrlə təhdid edib. Mitinqdə iştirak etdiyi üçün hətta həbs ediləcəyini də bildiriblər.

Oxunuş sayı 1401 dəfə
Şərh vermək üçün giriş edin
Top