Bazar, 19 Fevral 2017 21:00

Daha bir jurnalist həbs olundu

İsmayıllıda daha bir reket-jurnalist həbs olunub.

Bu haqda həmin jurnalistin-Elçin İsmayıllının vəkili İslam İsmayılov məlumat verib.

Məlumata görə, onun haqqında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq materiallarına görə, jurnalist İsmayıllı rayon Mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında neqativ məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Oxunuş sayı 1099 dəfə
Şərh vermək üçün giriş edin
Top