Bazar, 19 Fevral 2017 21:00

Siyasi məhbus aclığa başladı-KÜRDƏXANIDA

Siyasi məhbus Fikrət Fərəməzoğlu Kürdəxanıda aclıq aksiyasına başlayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə grə, bu barədə onun həyat yoldaşı Faiqə Nüsrəti məlumat verib:

"İndi Fikrət zəng etmişdi. Dedi ki, ayın 18-dən aclıq aksiyasına başlayıb. Məhkəmənin ədalətsiz gedişinə, sifarişli həbsinə etiraz olaraq bu addımı atıb. Amma bunları mənə deyəndə danışığımızı yarımçıq kəsdilər. Kimsə qışqırdı ki, çölə məlumat ötürmə. Təzyiqlər artıq bu həddədir".

Oxunuş sayı 1111 dəfə
Şərh vermək üçün giriş edin
Top