Çərşənbə axşamı, 14 Fevral 2017 21:00

Azərbaycanlı milyarderin həbsini gömrük generalları sifariş edib

“Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun Moskvada saxlanılaraq məcburi şəkildə Azərbaycana gətirilməsi haqda məlumat yayılıb.

Avtosfer.az saytının yaydığı məlumata görə, Ə. Məlikov hazırda Bakıda ciddi nəzarət altında saxlanılır. Bildirilir ki, Məlikovla bağlı araşdırmaların başlanmasına səbəb onun gömrükdə işlədiyi vaxtlar ciddi korrupsiya faktlarına yol verməsi olub.

Məlikovla bağlı araşdırmalar bitdikdən sonra ona cinayət işinin açılacağı gözlənilir.

İstiqlal.az bir az öncə məlumat yamışdı ki, "Trans Broker” MMC-nin direktoru,  gömrükdə idxal monopoliyasını idarə edən, işgüzar çevrələrdə “Broker Əbülfəz” kimi tanınan, milyarder  Əbülfəz Məlikov faktiki olaraq işindən kənarlaşdırılıb. İndi Faktiki olaraq onun funksiyalarını müavini Anar Allahverdiyev icra edir. 

Mənbənin məlumatına görə, Ə.Məlikovun vurulmasının səbəbi onun "Trans Broker” MMC-nin gerçək sahibi kimi tanınan, İran əsilli iş adamı, hazırda Dubayda yaşayan Əhədpur Xangah Mənuçehrin ona etimadının itməsi ilə bağlıdır. Ona görə də brokerlərin idarə olunması əslən Göyçay rayonundan olan Anar Allahverdiyevə həvalə edilib. Düzdür, Ə.Məlikov yenə MMC-nin direktoru sayılır. Ancaq bu formaldır. Artıq MMC-də söz sahibi Anar Allahverdiyevdir - deyə mənbə vurğulayıb.

Bu məsələ ilə bağlı istiqlal.az-a yeni məlumatlar daxil olub. Məlumatlara görə, Ə.Məlikovun həbsini Dövlət Gömrük Komitəsinin rəhbərliyi sifariş verib: Ə.Məlikov Bakıda özünə təhlükə hiss etdiyindən Moskvaya qaçıb.  Onun Bakıda Gömrük Komitəsinin rəhbərliyi, konkret olaraq komiətənin sədri Aydın Əliyev və onun birinci müavini Səfər Mehdiyevlə ciddi konfliktləri olub. Konfiliktin mənbəyi Ə.Məlikovun özünə xüsusi imtiyaz tələb etməsidir. O kərə yağları və avtomobil ehtiyat hissələrinin ölkəyə idxalına nəzarət edib və bu seqmentdə monopolist olub. Söhbət küllü miqdarda vəsaitin büdcədən yayındırılmasından gedir.

 “Trans Broker” MMC 2006-cı ildə işə başlayıb. “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Məcəllədə göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır.  Ancaq “Trans Broker” MMC səlahiyyət həddini aşaraq sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edirdi.

Az sonra isə “Trans Broker” MMC alternativ gömrük xidmətinə çevrilir. Məsələn, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəsin yük maşınlarını açmaq səlahiyyəti olmayıb. Bu hal 2015-ci ilin sonunacan davam edib. Müqayisə üçün deyək ki, cəmi gömrük sisteminin 2700 nəfər əməkdaşı varsa, “Trans Broker” MMC-nin 5 min işçisi var.

Oxunuş sayı 2390 dəfə
Şərh vermək üçün giriş edin
Top