Çərşənbə axşamı, 29 Mart 2016 20:34

Ələt-Astara yolunda qəza: 2 nəfər suda boğuldu

Bu gün axşam saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakı istiqamətində hərəkətdə olan 10-MP-867 dövlət nömrə nişanlı "Kamaz" markalı avtomaşın qəfl idarəetməni itirərək Akquşa çayına düşüb.

Yük maşını sudan çıxarılsa da, avtomaşında olan sürücü və sərnişin tapılmayıb. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya uğramış "Kamaz" Qobustan sakini tərəfindən idarə olunub.

Hazırda FHN əməkdaşları qəza zamanı suda batmış sürücü və sərnişinin axtarışlarına başlayıblar.

Oxunuş sayı 1408 dəfə
Şərh vermək üçün giriş edin
Top