Cümə, 28 Mart 2014 21:00

“Tanımadığım şəxsə görə ailəm ciddi təhlükə qarşısındadır” – Zakir Bulatov

 “Mən sürücüyəm. Şəxsi yük avtomobilimlə insanlara xidmət edirdim. Avtomobilimə minən insanların şəxsi həyatları və peşələri mənim üçün maraqlı deyil. Lakin Dağıstan Respublikasında avtomobilimlə xidmət etdiyim şəxsin cinayətkar olması məni çox ciddi təhlükələrlə üzləşdirdi”. Bu sözləri Zakir Bulatov Xeber.İnof-a deyib.

26241142 1956559931039542 2060038479 n Z.Bulatov iddia edir ki, tanımadığı bir nəfər onun avtomobilinə minib və yükünü Mahaçkaladan   Xasavyurta aparsını istəyib: “Mən şəxsi yük avtomobilimlə yük daşıyırdım. 13 mart 2014-cü il   tarixdə tanımadığım bir nəfər yaxınlaşıb ərzaq məhsullarından ibarət bir qədər yükünün olduğunu   dedi. Həmin yükü Xasavyurta aparmağı istədi. Qiymətdə razılaşandan sonra yola düşdük.   Mahaçkalanın polis postunda sənədləri yoxlamaq məqsədi ilə bizi saxladılar. İkimizi polis   idarəsinə apardılar. Ayrı ayrı otaqlara salıb sorğu-sual etdilər. Mən o adamı tanımadığımı və   müştəri kimi avtomobilimə mindiyini dedim. Lakin mənə inanmadılar və fiziki təzyiq etməyə   başladılar. İki gün polis idarəsində saxlayıb, fiziki təzyiqlər etdilər. Ciddi bədən xəsarətləri   yetirməklə məndən tələb edirdilər ki, həmin şəxsi tanıdığımı etiraf edim. Mən isə onu ilk dəfə   gördüyümü dedikcə, onalar daha da çox təzyiq edirdilər. İki gündən sonra məni buraxdılar və mən   həmin adamı görmədim”.

Z.Bulatov bir neçə gündən sonra polis idarəsinə çağrıldığını deyir: “Məni mart ayının 18-də polis idarəsinə çağırdılar və iki müstəntiq məni istintaq etdi. Mənə bildirdilər ki, həmin adam cinayətkar qruplarla əlaqəli olub və sən də ona yardım etmisən. Mən isə həmin adamı tanımadığımı dedim, onunla üzləşmək istədiyimi bildirdim. Müstəntiqlər dedilər ki, artıq o adam həyatda yoxdur. Məndən qarşılarındakı sənədlərə imza atmağımı tələb etdilər. Həmin sənədlərdə nə yazıldığını bilmirdim, oxumağa da imkan vermədilər. Fiziki təzyiqlə imza atdım. Sonra məni heç yerə getməmək şərti ilə sərbəst buraxdılar. Mənə evə gələndə gördüm ki, yaşadığım evdə məhkəmə qərarı olmadan axtarış aparılıb. Mənə və ailəmə məxsus komputeri, sənədlərimizi və diskləri aparıblar. İki azyaşlı qızım və yoldaşım bərk qorxu içində idilər. Tanımadığım şəxsə görə ailəm ciddi təhlükə qarşısındadır. Hər gün həbs olunmaq qorxusu ilə yaşayıram. Ailəm və iki qızım qorxu içindədirlər ”.

Qeyd edək ki, Zakir Bulatov Dağıstan Respublikasının vətəndaşıdır. 

Oxunuş sayı 1729 dəfə
Şərh vermək üçün giriş edin
Top