Bazar, 11 Dekabr 2016 21:00

Prezidentdən tarif artımı ilə bağlı ilk açıqlama - VİDEO

Prezident İlham Əliyev Zərdab rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə ilk dəfə ölkədəki tarif artımına toxunub.

Tərəfdar.az xəbər verir ki, Prezident bu addımın sosial ədalətə xidmət etdiyini qeyd edib. “Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır”- deyən dövlət başçısı bildirib ki, varlı və kasıb insanların ödədiyi xidmət haqqı eyni olmamalıdır. Ölkəmizdə bazar iqtisadiyyatının mövcud olduğunu diqqətə çatdıran Prezident zənginlərin daha çox maliyyə cavabdehliyi daşımalı olması və eyni zamanda aztəminatlı təbəqənin dövlət tərəfindən qorunmasının vacibliyini bildirib.

Oxunuş sayı 839 dəfə
Şərh vermək üçün giriş edin
Top