Çərşənbə, 30 Noyabr 2016 21:00

Dünya Qiyas İbrahimovun haqsız həbsinə etiraz edir

Bu şəkillər Niderlanddakı dayanacaqlardan birinə vurulub.

Bu barədə vetenugrunda.az-a bu ölkədə yaşayan hüquqşünas Ataxan Əbilov məlumat verib.

"Heykələ bir kəlmə söz yazdığına görə, narkotik ittihamı ilə şərlənərək 10 il həbs cəzasına məhkum edilən Qiyas İbrahimovu "Amnesti İnternational" vicdan məhbusu elan edib.
Digər vicdan məhbuslardan fərqləndiyinə görə (bir sözə görə 10 il alıb - saytlarında belə də yazılıb) barəsində ayrıca aksiyaya start verilib, şəkillərini reklam edirlər.

Ayrıca kompaniya başlayıb. Belə ki, Amnestinin saytı vasitəsilə hər kəs Azərbaycan prezidenti İlham Əliyevə Qiyas İbrahimovun azadlığı üçün məktub yaza bilər".

Qeyd edək ki, NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

Oxunuş sayı 1278 dəfə
Şərh vermək üçün giriş edin
Top