Bazar, 27 Noyabr 2016 21:00

FETÖ-nün "Konstitusiya"sı ortaya çıxdı

Fətullahçı terror təşkilatının yüksək səviyyəli işçilərinin iş prinsipləri və üsulları Pensilvaniyada hazırlanan 100 maddəlik sənədlərlə tənzimləndiyi məlum olub.

İlk maddəyə əsasən "xidmət hərəkatına" bağlı olmayanları müsəlman da olsa qardaş kimi qəbul etməmək lazımdır.

Türkiyənin Ordu vilayətində polis idarəsinin keçirdiyi əməliyyat nəticəsində FETÖ-nün Qara dəniz bölgəsi üzrə məsul Halit K. adlı şəxsin evindən təşkilata aid gizli sənədlər ələ keçirilib.

Konstitusiyaya əsasən, təşkilat üzvləri xidmət mövzusunda heç bir etiraz etməməli, var gücü ilə tapşırığı yerinə yetirməlidirlər. "Xidmət həyat qayəm və fitrətimin nəticəsidir" deməyənlər müsəlman da olsa, qardaşımız deyildir.

Xidmət üzvlərinin xidmətdən başqa bir məsələ ilə maraqlanması qadağan edilib. Quran təhsilinin daimi olaraq xidmət yönümlü və Fətullah Gülənin moizələri üzərindən verilməsi "konstitusiya"da yer alan maddələrdən biridir.

Sənədlərdə FETÖ-nün can damarı sayılan maliyyə sektoru üçün də xüsusi maddələr yer alır. Bu maddələrə əsasən, şirkətlərə xüsusi diqqət ayrılmalı, təşkilatın mənfəətləri çərçivəsində müdürlərin bütün tələblərinin yerinə yetirilməsi barədə təlimatlar verilir.

Eyni zamanda təşkilat üzvlərinin görüş və söhbətlərinə başqa dini təşkilata və ya siyasi görüşə etiqad edənlərin çağrılmaması tələb edilir.

Şirkət müdürünün dərdlərinə şərik olmaq lazımdır.

Təmsilçilər başqa heç bir işlə məşğul ola bilməz.

Təmsilçilər ilahiyyatçı, vaiz, müəllim (din dərsi) olmalıdır.

Oxunuş sayı 1035 dəfə
Şərh vermək üçün giriş edin
Top