Şənbə, 22 Oktyabr 2016 22:00

Bakıda bina yanır - sakinlər evakuasiya olundu

Nəsimi rayonu Moskva prospekti 56 ünvanında yanğın baş verib. Bu barədə hadisə yerində olan Xeber.İnfo-nun əməkdaşı məlumat verib. Sakinlərin dediyinə görə hadisəyə səbəb elektirik şitdə yaranan nasazlıq olub: "Dəfələrlə lazım olar yürlərə məlumat vermişik ki, elektrik şit bərbad gündədir. Nə zamansa yanğın olacaq. lakin hər dəfə bir bəhanə ilə bizi yola veriblər. Bu da, nəticəsi".

Əməkdaşımız hadisə yerindən bildirir ki, hadisə Moskva prospekti 56-da baş verib. Binanın birinci blokunda birinci mərtəbədə elektrik şitdə yanğın baş verib və şaxtadan mənzilləri tüstü bürüyüb. Tüstü nəticəsində 3 az yaşlı olmaqla 7 nəfər yüngül xəsarət alıb. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib. Sakinlər binadan çıxarılıb. 

Xeber.İnfo

Oxunuş sayı 2558 dəfə
Şərh vermək üçün giriş edin
Top