Bazar, 25 Sentyabr 2016 22:00

Şirvanda seçki saxtakarlığı – seçici rastlaşdığı rüsvayçılıqdan yazdı

Şirvan şəhər sakini Ceyhun Həziyev “facebook” səhifəsində seçki məntəqəsində üzləşdiyi saxtakarlıqdan yazıb. Xeber.İnfo həmin statusu olduğu kimi təqdim edir:

“İndilərdə yaxınlaşdım seçki məntəqəsinə, gec olsa da hələ vaxta var idi. Təxmini hiss etmişdim ki, yerimə səs verilib. Çatdım və sıra nömrəmi dedim. Jurnala baxıb biraz ağır nəfəs aldılar.
Sonra
“sən başqa yerə qol çəkəcəksən” dedlər.
Niyə müəlim
, dedim
Dedilər: Sənin yerinə qol çəkiblər. (Soyuqqanlı heç nə olmamış kimi)
Elə şey olar
- dedim. Mənim yerimə niyə kimsə qol çəkməlidir?
Bu vaxt adam gələr
, gec gəlmisən də dedilər.
Ay məlim, heç dəxli var? Mən indi gəlirəm
, dedim.
Götür bülleten, səsini ver də. Neynirsən bunu
, dedilər.

Axır biraz bozardım: ay məlim, mən öz adıma öz yerimə səs verməyə gəlmişəm. Mənim üçün şərait yaradın səsimi verim, dedim.
Adımın üstündən kim qol çəkmişdi onu qələmlə qaraladılar və mən qol çəkdim .
Qol çəkəndə baxdım ki
, bu gün Bakıda olsa da atam da səs veribmiş. Kişi kəramət əhliymiş, bilməmişik. Teyyul-ərz edib yəqin”.

Xeber.İnfo

Oxunuş sayı 2489 dəfə
Şərh vermək üçün giriş edin
Top