Şənbə, 17 Sentyabr 2016 22:00

Ucarda gənc qızdırmadan öldü - Həkim səriştəsizliyi

Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin baş həkiminin səriştəsizliyindən adi qızdırmalı xəstə ölüb. 

Bu barədə Arqument.Az-a Ucar rayonundan məlumat verilib. 

Məlumata görə, sentyabrın 14-də saat 11 radələrində  1992-cı il tarixdə Ucar rayonunun Qazyan kəndində anadan olmuş Ələkbərov Rəhim Polad oğlu Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin baş həkimi  Ramil Əliyevin səriştəsizliyi nəticəsində dünyasını dəyişib.

Səhər saatlarında Rəhim Ələkbərov yüngül qızdırması diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gətirilib.Təcili Yardım Şöbəsində baş həkim Ramil Əliyev xəstəyə sistem qoyub, bundan sonra Rəhimin halı pisləşib və dünyasını dəyişib: "Bu, bəlkə də, dünyada analoqu olmayan bir olaydır ki, Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Əliyevin səriştəsizliyindən baş verdi. Adi qızdırma və üşütməyə görə öz ayağı ilə xəstəxanaya gələn 24 yaşlı gənci savadsız həkim məhv etdi".

"Qeyd edək ki, mərhum Rəhim Ələkbərov dünən toy şənliyində olub, heç bir xəstəliyi yox idi. Atası Polad Ələkbərov onkoloji xəstədir", - deyə məlumatda bildirilir. 

Oxunuş sayı 1094 dəfə
Şərh vermək üçün giriş edin
Top