Cümə, 16 Sentyabr 2016 22:00

Erməni biznesmen evində öldürüldü

ABŞ-da erməni biznesmen öldürülüb

“Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı biznesmen Ovik Krboyan pizza kuryeri kimi qapını döyən qatilləri özü evə buraxıb.

Biznesmen Los-Ancelosda çoxmilyonlu villasında həyat yoldaşı və 9 yaşlı qızı ilə yaşayıb. Gecəyarısı qapı döyülən zaman ailəsi də evdə olub. Qonşular evdən bir neçə dəfə atəş səslərinin gəldiyini deyiblər.

Polis isə qətlin soyğunçuluq məqsədi ilə törədildiyini və Krboyanın onları tanıdığını bildirib. Biznesmenin arvadı və qızı isə xəsarət almayıb.

Polis müşahidə kamerasındakı görüntülərə əsasən qatilləri müəyyənləşdirməyə çalışır.

Oxunuş sayı 992 dəfə
Şərh vermək üçün giriş edin
Top