Çərşənbə axşamı, 16 İyun 2020 13:15

Biganəliyimizin acı meyvəsi - Cavid Cabbarlı yazır

Aylarla Rusiya-Azərbaycan sərhəddində qalan 600-dən çox azərbaycanlı dövlətin vecinə olmadı və dünən axşam rus polisi tərəfindən güllə-boran edildilər. 2 nəfərin öldüyü, yüzlərlə azərbaycanlının yaralandığı deyilir.

Kimi qınayaq, kimi ittiham edək ki, ürəymiz soyusun. Rus polisini? Axı bir həftə əvvəl Azərbaycan polisi başkəndimizin mərkəzində qanunsuz vətəndaşın evinə girib, çılpaq götürüb, apardı.

Rus dövlətini və hakimiyyətini? Axı aylardır ki, həmin azərbaycanlılar sərhəddə vətənlərinə keçmək üçün yalvarırlar, Əliyev rejimi ölkənin qapısını açıb, Azərbaycan insanını içəri buraxmır.

Əliyev tayfa rejiminimi qınayaq? 50+1 ildir ki, bu qəsbkar və yırtıcı rejimin Azərbaycanın başına açmadığı oyun qalıbmı? Bir insan ömrü uzunluğunda qəddarlıq edən quldur dəstəsinə niyə güvənməliyik ki, belə hallarda da qınayaq?

Xalqı, özümüzü qınayaqmı? Bəli!
Özümüzü qınamalıyıq. Biz xalq olaraq, cəsarət tapıb, özümüzü qınamalı və əxlaqsız rejimdən qurtulmaq qərarı verməliyik. Taleyimiz və gələcəyimiz haqqında danışılanda “mən siyasətə qarışmıram“ bəhanələrinə son qoyulmalıdır.  8 iyunda Azərbaycan polisinin zorakılığı, 15 iyunda ruz polisinin vəhşiliyi “mən siyasətə qarışmıram“ deyiminin nəticəsidir. Evində bir loxması olmayan vətəndaş, İlham və Mehriban üçün dua ediriksə, hərbi xitmətə göndərdiyimiz övladımızı zorlayan zabitə İlham orden verəndə “vətən sağ olsun“ deyiriksə, İlhamın qızları ölkənin varidatını talayanda, “İlham yaxşıdır, ətrafı pisdir“ söyləyiriksə, deməli bütün işgəncə və haqsızlığı haqq edirik.

Hamımız bilməli və eyni istiqamətə getməliyik: Bizim bu günə düşməyimizin səbəbi biganəliyimiz və məsuliyyətsizliyimizdir. Bizim öz taleyimizə laqeyd yanaşmamız əxlaqsız Əliyev rejiminə meydan açır.

Özümüzə, gələcəyimizə laqeyd yanaşmayaq, həyatımızı əxlaqsız dəstənin ixtiyarına verməyək. O zaman kimsə bizə qarşı ən kikiç haqsızlığı cürət edə bilməz.

Oxunuş sayı 707 dəfə
Şərh vermək üçün giriş edin
Top