Şənbə, 27 Oktyabr 2018 23:25

Ronaldunun dublu "Yuventus"a qələbə qazandırıb

Oktyabrın 27-də İtaliya A Seriyasının onuncu turu start götürüb.

"Karlo Kastellani" stadionunda keçirilən qarşılaşmada son çempion "Yuventus" autsayder "Empoli" klubunun qonağı olub. Görüş "qoca sinyora"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı meydan sahibləri açıb. Rəqib qapısına topu 28-ci dəqiqədə Francesko Kaputo vurub. Fasiləyə üstün yollanan "Empoli" qarşılaşmanın ikinci hissəsində qapısında iki qol görüb. Hər iki qolun müəllifi turinlilərin yeni transferi Kriştiano Ronaldo olub. Bu dubl sahəsində portuqaliyalı hücumçu İtaliya çempionatında qollarının sayını 7-yə çatdırıb. Ronaldo bombardirlərin siyahısında "Genoa"nın polşalı hücumçusu Kşiştof Piontekdən sonra ikinci yerdədir.

Beləliklə, "Yuventus" xalların sayini 28-ə çatdıraraq lider mövqeyini qoruyub. "Empoli" isə 6 xalla 18-ci yerdə qərarlaşıb.

Turun digər oyunları belə nəticələnib:

"Atalanta" - "Parma" - 3:0

"Torino" - "Fiorentino" - 1:1.

Oxunuş sayı 1350 dəfə
Şərh vermək üçün giriş edin
Top