AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın İspaniya Futbol Federasiyasına sponorluq üçün 50 milyon avro ödəməyə hazır olduğu barədə AS nəşrinin yazdıqlarına da münasibət bildirib.
Baş katib iddiaları təkzib edib: "Xeyr, belə bir şey yoxdu. Bu, marketinq addımlarıdı. Belə edirlər ki, bizim tərəfdən də maraq yaransın. Türkiyə mətbuatında da SOCAR-ın adı hallanmışdı. Sponsorluqdansa, Premyer Liqada 10-14 komanda saxlamaq yaxşı olardı".