Bazar, 23 Yanvar 2022 18:28

Bu gün Xanım Fatimeyi Zəhranın (s) mövludu günüdür

Bu gün, cəmadiüs-sani ayının 20-si, 2022-ci milad ili yanvarın 23-ü, Böyük İslam Peyğəmbərinin (s.ə.s) əziz qızı Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövludunun ildönümü günüdür.

Böyük İslam Peyğəmbərinin (s.ə.s) əziz qızı Həzrət Fatimeyi Zəhra (s) hicrətdən öncə səkkizinci ilin cəmadiüs-sani ayının 20-də dünyaya göz açdı.

Bu möhtərəm xanım uşaqlıqdan Vəhy evində möhtərəm atası, Böyük İslam Peyğəmbərinin (s.ə.s) göstərişləri ilə kamal, elm və fəzilətin ən yüksək dərəcələrinə nail oldu.

Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı həmçinin dünya şiələrinin birinci imamı İmam Əlinin (ə) evinin isti və səfalı ocağında ən yaxşı tərzdə həyat yoldaşı və ana vəzifələrini yerinə yetirdi və İmam Həsən (ə), İmam Hüseyn (ə) və Həzrət Zeynəb (s) kimi böyük insanlar yetişdirdi.

Həzrət Fatimeyi Zəhra (s) bütün miqyaslarda dünya qadınları üçün meyar sayılır və o həzrətin İranda İran İslam Respublikasının banisi, Həzrət İmam Xomeyninin (r.ə) təvəllüdünün ildönümü gününə təsadüf edən mövlud günü ana və qadın günü adlandırılıb və bu gündə qadının, xüsusən ananın şəxsiyyəti və yeri yüksək şəkildə dəyərləndirilir.

Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövludunun ildönümü gününün gəlib çatması münasibətilə bütün müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edirik

Oxunuş sayı 686 dəfə
Şərh vermək üçün giriş edin
Top