Çərşənbə, 31 Oktyabr 2018 09:15

Nigeriyada ordu Ərbəin yürüşünə hücum etdi: ölən və yaralananlar var

Ərbəin günü (Oktyabrın 30-da) Nigeriya hökumətinin əmri ilə hərbçilər paytaxt Abuca şəhərində Ərbəin yürüşü keçirən şiə müsəlmanlara qarşı silah istifadə edib.

Nigeriya ordusunun hücumu nəticəsində bir neçə nəfər şəhid olub, onlarla yürüş iştirakçısı isə yaralanıb.
Qeyd edək ki, Nigeriya ordusu oktyabr ayının 28 və29 –da da Ərbəin münasibətilə təşkil olunan əzadarlıq yürüşlərinə hücum etmişdi.
Nigeriya İslami Hərəkatının sözçüsü İbrahim Musanın verdiyi açıqlamaya görə, ordu qüvvələrinin İmam Hüseyn (ə) əzadarlarına təşkil etdiyi hücumlar nəticəsində oktyabrın 28-də 6 nəfər, 29 oktyabrda isə 21 nəfər şəhid olub.
Ordunun Ərbəin günü təşkil etdiyi hücumlarda şəhid olanların sayı hələlik açıqlanmayıb.
Ötən 3 gün ərzində keçirilən əzadarlıq mərasimlərinə ordu qüvvələri gözyaşardıcı qaz və həqiqi güllələrlə hücum edib.

Oxunuş sayı 879 dəfə
Şərh vermək üçün giriş edin
Top