Çərşənbə, 08 İyun 2016 22:00

Yardımlıya güclü dolu yağdı - Çaylar daşdı, rayona giriş bağlandı

Yardımlı rayonuna güclü dolu düşüb.

Nəticədə fərdi evlərə xeyli ziyan dəyib, avtomobillərin damları əzilib.

Bundan əlavə, çaylarda güclü daşqınlar yaranıb. Selin gətirdiyi qaya parçaları Masallı-Yardımlı yolunu bağlayıb. Yolun bağlanması səbəbiylə iki rayon arasındakı əlaqə kəsilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosu ayın 10-a kimi ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağıyla bağlı xəbərdarlıq edib.

Oxunuş sayı 1220 dəfə
Şərh vermək üçün giriş edin
Top