Çərşənbə axşamı, 07 İyun 2016 22:00

Elçin Əlibəyli yenidən Publika.az-a qayıdır?

Bir il öncə Aynur Camalqızının rəhbəri olduğu Publika.az saytında baş direktor vəzifəsində çalışan və sonradan saytdan qovulan tele-aparıcı Elçin Əlibəyli yenidən sayta baş redaktor vəzifəsinə qayıdır.
 
Bu barədə Qlobal.az məlumat əldə edib.
 
Məlumata görə, Əlibəyli yenidən sayta qayıdır və sabah onun baş redaktor kimi işçilərə təqdim olunacağı gözlənilir.
 
Qeyd edək ki, Elçin Əlibəyli bir müddət publika.az saytında direktor vəzifəsində çalışıb və bir sıra qalmaqallarla yadda qalıb. Bundan sonra rəhbərlik onu saytdan uzaqlaşdırıb. O, bir müddət ANS telekanalında çalışıb.
Oxunuş sayı 2115 dəfə
Şərh vermək üçün giriş edin
Top