Çərşənbə, 25 May 2016 22:00

"Jurnalist fəaliyyətimi davam etdirəcəyəm”- Xədicə İsmayılova

Bu gün Ali Məhkəmənin Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.

X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Xədicə İsmayılova həmkarlarına bildirib ki, yenə öz jurnalistlik fəaliyyəti ilə məşğul olacaq.

O həmçinin deyib ki, tam bəraət almaq üçün əlindən gələni edəcək: "Mən enerji ilə doluyam və ədalətin tam bərpa olunması üçün mübarizə aparacağam”.

Oxunuş sayı 1053 dəfə
Şərh vermək üçün giriş edin
Top