Cümə, 15 Aprel 2016 22:00

Ramiz Zeynalovun “qoçu dəstəsi” - VİDEO

Zaman-zaman 7News.az saytının redaksiyasına Dövlət Yol Polisi əməkdaşlarının özbaşınalıqları, qanunazidd əməlləri ilə bağlı video və fotofaktlarla müşaiyət olunan məlumatlar daxi olmaqdadır.

Əksər hallarda şikayət xarakterli bu kimi müraciətlərə redaksiya olaraq həssaslıqla yanaşır, göndərilən faktlar təsdiq olunduqdan sonra dərcinə göstəriş veririk.

Redaksiyamıza daxil olan növbəti videofakt isə görənləri dəhşətə gətirir. Belə ki, Respublika Kliniki Xəstəxanasına xəstə aparan sürücünün qarşısını DYP əməkdaşları kəsərək sürücüyə qarşı zor tətbiq etməyə başlayırlar. 99 YP 274 avtomobil dövlət qeydiyyat nişanlı DYP-çilər 20 Yanvar dairəsində sürücünün qarşısını kəsərək polis etikasına zidd hərəkətlərə yol veriblər. Qanunun tələblərini bir tərəfə qoyan DYP-çilər sürücü ilə “varovskoy” söhbətə keçirlər.

Daha sonra polis əməkdaşları “razborkanı” davam etdirmək üçün sürücünü duelə dəvət edirlər. Əməkdaşımız hər iki avtomobili izləməyə çalışsa da tıxaclar ucbatından bu mümkün olmayıb.

Məsələ ilə bağlı DYP-nin aidiyyatı qurumları ilə əlaqə saxlamağa çalışsaq da hər zamankı kimi “əlçatmaz” statuslarını qorumaqda davam edirlər.

Növbəti gün piyada keçidi işarəsi qoyulmayan bir neçə hərəkətli küçələrdə DYP-çilərin unikal maxinasiyası ilə bağlı yazını dərc edəcəyik

Oxunuş sayı 1486 dəfə
Şərh vermək üçün giriş edin
Top