Cümə axşamı, 30 Mart 2017 22:00

Sabir Rüstəmxanlı ofisini satdı?

Xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi PartiyasıMərkəzi Qərargahından çıxardılıb. Bu barədə xeberinfo.de məlumat əldə edib.

Mənbə bildirir ki, VHP-nın Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllə ünvanında yerləşdiyi ofis satılıb. Mənbə iddia edir ki, S.Rüstəmxanlı vəziyyəti düzgün dəyərləndirərək partiyasının yerləşdiyi ofisi təklif olunan qiymət qarşılığında boşaldıb.

İddialara görə keçmiş nəqliyyat naziri Ziya Məmmədov postunu itirəndən sonra hökumət onun əhatəsini daraltmaqla məşğuldur. Bir müddət əvvəl xalq şairinin Ziya Məmmədovla quda olması xəbəri mətbuatda dərc olunmuşdu.

http://musavat.com/news/son-xeber/vhp-nin-ofisi-300-mine-basha-gelib_78115.html

Oxunuş sayı 1858 dəfə
Şərh vermək üçün giriş edin
Top