Bazar, 12 Fevral 2017 21:00

Bizi necə belə ediblər?! - Hacı Əbülfəz yazır

Dəyərli alim Famil Burxanoğlunun "Biz niyə beləyik?" başlıqlı statusuna şərh

Sirr deyil ki , İslamın nazil olduğu gündən tağut İslamın təməl prinsiplərinə qarşı yönəlmiş fəaliyyətini bütün mümkün vasitələrlə fasiləsiz olaraq bu günə qədər davam etdirir. 
Son illər, bu fəaliyyət internet media və televiziya üzərindən daha da şiddətlənmişdir. Milyardlarla pul xərclənilən müxtəlif çeşidli idman yarışları, tok-şoular, oyun proqramlariı, serialların daim konfliktli sujetləri və sair vasitələrlə insanlara azarkeşik və tərəftutma psixologiyası aşılanır. Məlumat bolluğundan süstləşmiş insan beyni hər hansi bir qarşıdurma şahidə etdikdə, heç bir araşdırma aparmadan, qarşıdurmanın priambulasında ona məqsədyönlü təqdim olunan giriş məlumat əsasında dərhal tərəf tutur və bununla da öz azarkeşlik ehtiyacını ödəmiş olur. 
Bu texnologiya
vasitəsiylə müasir insan, "Evvəlcə haqqı tanı, sonra onun əhli barədə mülahizə et" prinsipindən uzaqlaşdırılır. Nəticədə kor-koranə, ona süni olaraq aşılanmış simpatiya və antipatiyalar esasında qərar verərək bu və ya digətməsələdə tərəf  tutur. 
Bu gün sosial kimliyi
alçaldılaraq heçə endirilmiş Azərbaycan vətəndaşına bu texnologiya vasitəsilə, böyük məharətlə, itirmiş olduğu mənliyinin əvəzində Turan adlı mifik bir bizlik təqdim olunur. "Möhtəşəm yüz il" kimi layihələrdən yararlanaraq, meşşanlaşdırılmış cəmiyyətimizin gözündə bu mifik bizliyi daha da gözəlləşdirirlər. 
Dig
ər tərəfdən də, rəsmi dairələrin, əks qütb kimi təqdim olunan bu iki tərəfdən, açıq-aşkar "Turan" tərəfi dəstəklədiyini, bu ideyanın tərəfdarı olmağın heç bir təhlükə vəd etmədiyini nəzərə alsaq, bu gün cəmiyyətimizdə mövcud olan anti-İran sindromunun necə yaradılması aydın olur. 
Biz irançı 
deyilik! Biz əsil azərbaycançıyıq! Vətən xainləri isə bu günün geosiyasi reallığında Azərbaycanın deyil, İsrailin və ABŞ-in regiondakı mənfur maraqlarına bilərəkdən və ya cahiliyyət üzündən xidmət edən ünsürləridir
Bizim a
ğzımıza tarixdə heç vaxt mövcud olmamış və mövcud olması tam bir xülya olan "Turan" adlı "yağlı tikə"ni atan qüvvələr, bunun əvəzindəbizim əsrlər sonra əldə etmiş olduğumuz dövlət müstəqilliyimizi almaq istəyirlər. 
ça
ğdaş vətəndaşımız isə bu proseslərin içində özünü hələ də bir tarixi serialın qəhrəmanı və ya bir böyük idman yarışının iştirakçısı kimi görərək, gündəlik ruzi mücadiləsindən, sabahının qeyri-müəyyənliyindən yorulmuş, hər addımda əzilən, təhqir olunan mənliyinə, ona məharətlə təqdim olunan "Turan" adlı mifik sığınacaqda təskinlik verməyə çalışır
Qeyri-mü
əyyən sabahınız xeyir olsun, əziz həmvətənlər!

Oxunuş sayı 1728 dəfə
Şərh vermək üçün giriş edin
Top