Şənbə, 11 Fevral 2017 21:00

Yardımlıda fındıq əkini üçün hər idarə rəhbərindən 1500 tələb edilir - İDDİA

Yardımlı rayonunda fındıqçılıq təsərrüfatı yaradılır. Bu barədə Xeber.İnfo Yardımlıdan etibarlı mənbə məlumat verib. Mənbə bildirir ki, Yardmlı rayon icra hakimiyyətinin başçısı fındıq ağaclarının əkilməsi üçün rayonun bütün idarə və müəssisə rəhbərlərindən pul yığır. Hərəsindən min beş yüz (1500) tələb olunur. İşə hətta ərazi nümayəndələri də cəlb edilib.

Mənbə iddia edir ki, icra başçısı tərəfindən tələb olunan məbləğ mütləq verilməlidir və buna görə hətta bəzi ərazi nümayəndələri və idarə rəhbərləri saxladıqları heyvanları satmağa məcbur edilirlər.  

Məlumatı günün sonu əldə etdiyimiz üçün qarşı tərəfin mövqeyini öyrənə bilmədik. 

Oxunuş sayı 1306 dəfə
Şərh vermək üçün giriş edin
Top