Çərşənbə, 01 Fevral 2017 21:00

Ermənistanda elektrik enerjisi ucuzlaşdı - VİDEO

Fevralın 1-dən Ermənistanda elektrik enerjisinin qiyməti ucuzlaşıb.

Gündüz vaxtı elektrik enerjisinin 1 kilovatı 1, 22 dram ucuzlaşaraq 44,98, gecə tarifi isə 10 dram az-34,98 dram olub.

Aztəminatlı ailələr üçünsə gündüz tarifi 40, gecə tarifi isə 30 dram olub.

Ermənistan ictimai xidmətlərin tənzimlənməsi komissiyası müvafiq qərarı ötən ilin dekabrında qəbul edib.

Müqaisə üçün deyək ki, 50 dram təxminən 10 ABŞ sentidir.

Qeyd edək ki,ötən il ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı kütləvi etirazlar keçirilmişdi.

Bundan əvvəl-ötən ilin sonlarında Ermənistanda yanacaq və qazın da qiyməti endirilib.

Oxunuş sayı 1356 dəfə
Şərh vermək üçün giriş edin
Top