Bazar, 01 Yanvar 2017 21:00

Zəhmət daşlarından hörülən, qayğı boyasıyla rənglələn ömür – TƏBRİK

Həyatın sonsuz çətinlikləri bir xoşbəxt anın qarşısında acizdir. Bu mənanı duyanda isə yaşadığımız hər dəqiqə daha da dəyərli olur.

İnsan həyatını dəyərləndirən digər amil ətrafıdır. Ətrafında baş verənlər mənayükü daşıyanda, ətrafındakılar səmimi olanda həyatın ən acı silləsi doğma qayğısı kimi hopacaq insan ruhuna. Amma və lakin... hər bir insanın həyatı xəyal və arzu vəhdətindən yaranırsa, gerçəklik ağuşunda böyüyür, real və həqiqət qanadıyla pərvazlanır, əmək və zəhmət iztirabında bəslənir. Ətrafını zəhmət daşlarından hörən, qayğı, iman və sevgi boyasıyla rəngləyən şəxs mütləq şəxsiyyətə çevrilməlidir.

Kazımov Niyazi fədakarlığı və zəhmətkeşliyi ilə onu tanıyan hər kəsin yaddaşında hörmət və sevgi qazanıb. 

Bu gün Kazımov Niyazi bir il daha müdrikləşdi, yaşının üstünü daha bir yaş gəldi. Bu münasibətlə Ramil Hüseynov Kazımov Niyazini təbrik edir, ona xoş anlar, sevgi dolu gələcək, bərəkətli ömür, xeyirli sonluq arzulayır. 

 

Oxunuş sayı 1271 dəfə
Şərh vermək üçün giriş edin
Top