Bazar ertəsi, 19 Sentyabr 2016 22:00

“Zərərli vərdişlərdən gənclərin qorunması üçün maarifləndirmə vacibdir” - TƏDBİR

Müasir İnkişaf və Hüquqi Yadım Mərkəzi İctimai Birliyi Yevlax şəhər Gənclər mərkəzində zərərli vərdişlərdən gənclərin qorunmasıyla bağlı ikinci maarifləndirmə tədbirini keçirmişdir. Bu barədə Birliyinin Mətbuat Xidmətindən Xeber.İnfo məlumat verilib.

Maarifləndirmə işləri çox aparılmalıdır ki, orta məktəb uşaqlarında siqaretə və narkotikaya meyl yaranmasın.

Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi İctimai Birliyi 20 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Zərərli vərdişlərdən gənclərin qorunması üçün maarifləndirmə vacibdir” layihəsi çərçivəsində Yevlax şəhərində ikinci tədbirini keçirmişdir.

Maarifləndirmə tədbiri Yevlax şəhər Gənclər Mərkəzində keçirilmişdir. Tədbirdə Yevlax şəhərindən olan müəllimlər, idmançılar və onların məşqçiləri, yuxarı sinif şagirdləri, o cümlədən digər qrupdan olan gənclər iştirak etmişlər. Bütövlükdə tədbirdə 30-dan artıq iştirakçı maarifləndirmədən faydalanmışdır. İlk öncə Gənclər İdarəsinin məsul işçisi iştirakçıları və qonaqları salamladıqdan sonra layihə rəhbəri Akif Hüseynov söz almışdır. O, əvvəlcə layihəni dəstəklədiklərinə görə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürün bildirərək layihənin aktuallığını qeyd etdi. A.Hüseynov son dövrlər bir rayonda monitorinq zamanı saxlanılan 10 nəfərdən səkkizinin narkotik maddələrin qəbulu səbəbindən cəzalandığı aşkar edildiyindən bu mövzu müsabiqəyə təqdim edildiyini xüsusi vurğuladı. Ümumi zərərli vərdişlərin mahiyyətindən danışan A.Hüseynov tədbirin məruzəçisi R.Təmrazova söz verdi.

R.Təmrazov zərərli vərdişlərin təsnifatını verərək istər siqaretin, istər spirtli içkinin insanın tibbi sağlamlığına və psixologiyasına təsirini qeyd edərək bildirdi ki, problem əsasən bu vərdişlərə yiyələnən insanların asılı olması ilə və gələcəkdə yarana biləcək xəstəliklərlə bağlıdır. Eyni zamanda məruzəçi bildirdi ki, zərərli vərdişlərin qarşısını inzibati yollarla almaq mümkün deyil. Daha sonra R.Təmrazov xüsusi olaraq narkotik vasitələrdən istifadə və onun fəsadlarında danışdı. Qeyd olundu ki, beynəlxalq narkosindikatlar Azərbaycanın coğrafi mövqeyindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd edirlər. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin, digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir.

Məruzəçi xüsusi olaraq narkotik vasitələri qəbul edən şəxslərin HİV (QİÇS), vərəm, hepatit və s. xəstəliklərə yoluxma riskinin yüksək olmasını bildirərk qeyed etdi ki, Azərbaycanda HİV-ə yoluxmuş şəxslərin 70%-i məhz narkotik istifadəçiləridir. Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə həm də regionda baş verənlər, bu tendensiyayla bağlı mövcud vəziyyətdən danışdılar.

Oxunuş sayı 1120 dəfə
Şərh vermək üçün giriş edin
Top