Bazar ertəsi, 26 Sentyabr 2016 22:00

Mübariz Mənsimovun Lənkərandakı süd zavodu bağlandı

PALMALI Şirkətlər Qrupunun tərkibində Lənkıranda fəaliyyət göstərən NURSÜD Süd və Süd Məhsulları Zavodu fəaliyyətini dayandırıb. Bu barədə zavodda çalışan fəhlə Xeber.İnfo-a məlumat verib. Onun sözlərinə görə zavodun bağlanması ilə bağlı qərarı birbaşa şirkətin prezidenti Mübariz Mənsimov özü verib. M.Mənsimov qərarla bağlı ancaq bu cümləni deyib: “Korrupsiya və rüşvət olan yerdə mən işləyə bilmərəm”. Fəhlə əlavə edib ki, zavod bağlansa da iki balaca sex fəaliyyət göstərəcək.

Qeyd edək ki, sözügedən zavod 2008-ci ildən fəaliyyət göstərir. Ən müasir texnologiyalar və avadanlıqlarla təchiz olunmuş və 40 000 m2 sahədə yerləşən zavod gündə 150 000 litr süd emal etmə imkanına malik idi. Ətraf rayonların şəxsi təssərüfatlarından yığılan süd zavod laboratoriyasında yoxlanılib emal edildikdən sonra hazır məhsulların istehsalında istifadə edilirdi.

Fabrikada hər gün müxtəlif yağlılığa malik 34 növ məhsul - uzun ömürlü süd, ətirli (aromatlaşdırılmış) süd növləri, bəyaz pendir, qaymaqli və qaymaqsiz qatiq, ayran, nanəli ayran (naran), süzmə, kərə yağı, meyvəli yoqurtlar, kəsmik, xama, holland pendiri və digər məhsullar istehsal edilirdi.

Xeber.İnfo

Oxunuş sayı 1715 dəfə
Şərh vermək üçün giriş edin
Top