Bazar, 18 Sentyabr 2016 22:00

Xəzər poliqona dönəcək - Sabah

Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran hərbçilərinin iştirakı ilə senytabrın 20-də Xəzərdə beynəlxalq hərbi təlimlər başlayacaq. 

"Kaspi-2016" adlanan təlimlərin Xəzərin Həştərxan vilayətinə aid hissəsində keçirilməsi nəzərdə tutulub.

Təlimlərdə 600-dən çox canlı qüvvə və 100-ə yaxın texnika iştirak edəcək. 

Məlumata görə, sentyabrın 22-də Həştərxanda "Risklərin qlobal tendensiyası və beynəlxalq əməkdaşlığın prioritetləri" mövzusunda beynəlxalq konfrans da keçiriləcək.(report.az)

Oxunuş sayı 1185 dəfə
Şərh vermək üçün giriş edin
Top