Bazar ertəsi, 18 Avqust 2014 21:00

"İntiqam Əliyevin həbsi saxta ittihamlardan təşkil olunub" - Səməd Ağayev

 “Ədalətsiz şəkildə həbs olunan insanlar tez bir zamanda qeyd-şərtsiz azad olunmalıdırlar. Belə həbslər dövlətçilik prinsiplərinə ciddi ziyan vurur. İntiqam Əliyevin həbsi hakimiyyət idarəçilik fəlsəfəsini tam aydınlığı ilə göstərir. Bur daha sübut olur ki, hakimiyyət ölkədə bütün hüquq və azadlıqları pozur”. Bu sözləri İnsan Hüquqları və Sosial Bərabərlik İnstitutunun sədr müavini Səməd Ağayev hüquq müdafiəçisi İntiqam Əliyevin həbsi ilə bağlı deyib.

semid 3 S.Ağayev insan haqlarını pozan çoxsaylı həbsləri pisləyir: “Məni bir vətəndaş olaraq siyasi motivlərlə   həbsdə saxlanılan insanların taleyi narahat edir. Tam əminliklə deyirəm ki, hüquq müdafiəçisi İntiqam   Əliyevin həbsi saxta ittihamlardan təşkil olunub. Bu iş Azərbaycanda ciddi və sistematik insan haqları   probleminin təcəssümüdür və bu problem dövlətə qarşı beynəlxalq təzyiqləri də artıracaq. Çünki İntiqam   Əliyev sıradan biri deyil. Əliyev 2001-ci ildən bəri Avropa Məhkəməsinə Azərbaycana qarşı 200-dən   artıq ərizə təqdim edib. Bəziləri ilə bağlı qərar çıxarılıb, qərarlarda Məhkəmə Konvensiyanın azı bir   pozuntusunu aşkarlayıb. İntiqam Əliyev həmçinin Avropa Şurası Nazirlər Komitəsini və Komissarın   özünü Avropa Məhkəməsinin hökmlərinin icrası ilə bağlı mütəmadi məlumatlandırıb”.

 S.Ağayev hesab edir ki, həbs qətimkan tədbiri narazı fikir bildirənlərə qarşı bir cəza alətidir: “Vətəndaş cəmiyyəti tərəfdaşlarına repressiyalar Azərbaycanda insan haqları sahəsində işi çətinləşdirir. Bu repressiyalar dərhal dayandırılmalı və qanuni vətəndaş fəaliyyətinə görə həbs olunanlar azadlığa buraxılmalıdır. Əksər hallarda hökumət nümayəndələri siyasi həbslərin olmadığını iddia edir, bir sıra ictimai fəalların konkret cinayət işlərinə görə görə həbs edildiklərini bildirir. İntiqam Əliyev də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur. Düşünürəm ki, bu maddələrin hamısı saxtadır və vətəndaş cəmiyyətində hüquqi mübarizə aparan bir tanınmış şəxsin həbsi üçün bəhanədir”.

Oxunuş sayı 1284 dəfə
Şərh vermək üçün giriş edin
Top