Şənbə, 17 Sentyabr 2016 22:00

Məktəbə atılan ilk addım həmişə müqəddəsliyini qoruyur - TƏBRİK

İnsan həyatında bəzi məqamlar və hadisələr unudulmur və köklü iz buraxır. Məktəbə getdiyi ilk gün hər bir kəsin yaddaşında unudulmaz xatirələrlə əzizlənir. İllər bir-birini arxada qoysa da, aylar ötsə də, günlər sürətlə əvəzlənsə də məktəbə atılan ilk addım həmişə müqəddəsliyini qoruyur.

Əslində hər bir valideynin ən böyük arzusu övladının yaxşı təhsil alması olmalıdır. Çünki real həyata təhsil ocağından atılmaq yaşayışı xeyli asanlaşdırır. Bu il 15 sentyabr 2016-cı il tarixdə gül balalar Qədirov Murad və Tağızadə Timur birincilərdən olublar. Məktəbə - gələcək həyatınız üçün çox önəmli məkana basdığınız ilk qədəmləriniz mübarək! Bütün sevdikləriniz sizi təbrik edir, dərslərinizdə və həyatınızda bol-bol uğurlar arzulayırlar!

Ən yaxın izləyiciniz nailiyyətiniz olsun! Uğurlarınızla doğmalarınızı sevindirin!

Əzizlərim Timur və Murad bilirəm ki, valideynləriniz sizi çox böyük həvəslə məktəbə yola salıblar. Doğmalarınız xüsusən baba və nənələriniz bol-bol arzularla sizi təbrik ediblər. Mən də bütün təbriklərə qoşularaq öz əlavəmi edirəm: Uca Yaradan sizi valideynlərinizin gözlərinə çıraq eləsin. Ailənizə və Vətəninizə layiqli övlad olun. Bunun üçün mütləq gözəl təhsil almalısınız. Təhsil və elm yolunda sizə uğur diləyirəm!

Dərin hörmət və sayqılarımla Cavid Cabbarlı, Xeber.İnfo-nun baş redaktoru

Oxunuş sayı 1444 dəfə
Şərh vermək üçün giriş edin
Top