Cümə, 16 Sentyabr 2016 22:00

Hər təbəssümündə ananın ürəyi çiçək açır - TƏBRİK

İnsan həyatında bəzi məqamlar və hadisələr unudulmur və köklü iz buraxır. Belə anlardan biri də, doğum günüdür. Çünki hər bir insanın dünyaya göz açması təkcə ona aid deyil, bütün yaxınlarının statusunu dəyişir, doğmalarının məsuliyyətini artırır. Kimi ata olur, kimi ana. Biri dayı olur, biri xala. Hələ baba və nənə olanların sevincini demirəm.

Babayevlər ailəsi unudulmaz və heç bir şeylə əvəz edilməsi mümkün olmayan sevinci düz 10 ildir yaşayırlar. Düz 10 il əvvəl Tamerlan dünyaya göz açmaqla Babayevlər ailəsini sevincə qərq elədi. Sevincin əskik olmasın, əzizim Tamerlan!

Sən ailən üçün, xüsusən anan üçün hər şeydən əziz və dəyərlisən. Sənin hər təbəssümündə ananın ürəyi çiçək açır, gələcək ümidləri qönçələnir. Təbrik edirəm, bağırıma basıram! Doğmaların sənə nə arzulayırlarsa, hamısına qoşuluram. Amma öz əlavələrim də var. Allah səni ananın gözlərinə çıqar eləsin. Ən yaxın izləyicin nailiyyətin olsun! Uğurlarınla daim doğmalarını sevindir, əzizim Tamerlan!

Dərin hörmət və sayqılarımla:  Xeber.İnfo-nun baş redaktoru Cavid Cabbarlı

Oxunuş sayı 1232 dəfə
Şərh vermək üçün giriş edin
Top