Cümə, 16 Sentyabr 2016 22:00

İlham Əliyev dünyanin ən xoşbəxt prezidentidir! ÇÜNKİ...

Çünki onun Əli Kərimli və Arif Hacılı kimi bir-birini didən bacarıqsız rəqibləri var.

Bu müxalifət liderləri iqtidarla mübarizə aparmaq əvəzinə bir-biriləriylə mübarizə aparırlar. Bu mənada, Azərbaycan müxalifəti dünyanın ən nadir, unikal müxalifəti sayılır.

Sizlər burdan başqa heç bir digər ölkələrdə bu cür müxalifətə rast gələ bilməzsiniz .

Bunlar hətta təyin etdikləri mitinqlərin vaxtına görə də bir-birilərini didib-tökürlər.

Xüsusən də Arif Hacılı bu saat Əli Kərimliyə nifrət eləyir və əgər imkanı olsa Əli Kərimlini öz əlləri ilə parçalayar.

Nədən ?

Çünki Əli Kərimli Milli Şuranın mitinqini Müsavatın nəzərdə tutduğu gündən bir gün öncəyə - sentyabrın 17-nə təyin edib. Arif bəy hesab edir ki, Əli bəy bunu qəsdən edib.

Və bu səbəbdən də çox üzgün və narahatdır. Çünki Arif bəy düşünür ki, 17 sentyabr mitinqi uğurlu keçərsə, Müsavatın 18 sentyabr tarixinə təyin etdiyi mitinqə heç kəs gəlməyəcək.

Bu biabırçılıqla üzləşməmək üçün Arif Hacılı hətta ən fəaliyyətsiz təşkilatlara, cırtdan partiyalara da əlacsızlıq üzündən müraciət edib və xahiş edib ki, 18-nə olan mitinqinə bacardıqları qədər çoxlu adam gətirsinlər.

Bax belə.
Belə bir bacarıqsız, səriştəsiz , taktikasız müxalifət rəhbərlərinə təbii ki, İlham Əliyev çox asanlıqla qalib gələ bilər. Bunlar 20-25 il ərzində hələ də mitinqdən başqa daha effektli, daha ağıllı, daha diqqətçəkici bir mübarizə üsulunu və ya üsullarını öyrənib siyasi dövriyyəyə buraxa bilməyiblər.

Hələ də anlamırlar ki, mitinq taktikası 2016-nın insanları üçün maraqlı və cazibəli deyil.

P.S.
Sabah Əli Kərimli "Məhsul" stadionundaki növbəti mitinqdə yenə pafosla danışacaq. Yenə eyni sözlər... Yenə eyni şüarlar...

SÖZ ARDI :
Əslində, İlham Əliyevə belə müxalifət lazım deyil. Ölkədə güclü və praqmatik müxalifət olmalıdır ki, iqtidarı da daim işgüzar vəziyyətdə olmağa və xalq üçün daha yaxşı işləməyə məcbur edə bilsin.

Peşəkar müxalifət iqtidarı bir yandan tənqid etməli, digər yandan isə iqtidara faydalı təkliflər, ideyalar verməli, proqram və layihələr irəli sürməlidir.

Lakin çox təəssüf ki, bizim ölkədə belə bir müxalifət yoxdur.
Bizim ölkənin müxalifəti bir-birinin qanını içməyə hazır olan müxalifətdir. Bu isə iqtidarın da,
cəmiyyətin də ziyanınadır. 

Bəybala Mirzəyev

Oxunuş sayı 1436 dəfə
Şərh vermək üçün giriş edin
Top