Bazar ertəsi, 12 Sentyabr 2016 22:00

Milli Şuranın mitinqinə 10 minlərlə insan yığıldı - VİDEO+FOTO

11 sentyabrda Milli Şura "Talana son", "Monarxiyaya yox" şüarları ilə mitinq keçirib. Mitinqdə iştirak edənlərin gətirdikləri plakatların bir neçəsi Məhsul stadionuna buraxılmayıb.

VETENUGRUNDA.AZ-ın aksiyada olan əməkdaşının verdiyi xəbərə görə, aksiyadan bir neçə saat əvvəl polis qüvvələri ərazidə ciddi təhlükəsizlik tədbirləri görüb. Belə ki, mitinqin keçirildiyi stadionunun biri istisna olmaqla bütün girişləri bağlanıb. Stadiona daxil olan vətəndaşların üzərinə baxış keçirilib, çantalar yoxlanılıb.

Aksiyada diqqəti çəkən məqamlardan biri də dindarların çoxluğu olub.
Sonda mintinqin qətnaməsi oxunub. Qətnamədə siyasi məhbuslara azadlıq, demokratik islahatlara dair tələblər öz əksini tapıb.

 

Oxunuş sayı 1425 dəfə
Şərh vermək üçün giriş edin
Top