Cümə, 22 İyul 2016 21:00

Siyasi mühacirlər yeni təşkilat yaradır

Son vaxtlar Azərbaycanda demokratiyanın və insan hüquq və azadlıqlarının qəsdinə duran prosesləri yaxından təqib edən bir qrup Azərbaycanlı siyası mühacir, avqust ayının sonu, sentyabr ayının əvvəllərində mərkəzi Almaniyada, Düsseldorf şəhərində yerləşən "İctimai Qınaq Mərkəzi (İQM)" adlı təşkilatın təsis konfransının keçirilməsini planlaşdırır. Təşkilat Komitəsi İQM ətrafında ictimai fəal olan bir qrup insanən toplandığını bəyan etməklə yanaşı, sıralarını geniş tutmağı, Mərkəzin hamı üçün tribuna olmasını təmin etməyi əsas vəzifələrdən biri kimi qəbul etdiyini də vurğulamaq istəyir. Bubarədə  "İctimai Qınaq Mərkəzi (İQM)" Təşkilat Komitəsi üzvüGabil Əliyev Xeber.İnfo-a məlumat verib.

Gabil Əliyev sözlərinə görə İQM Azərbaycanda ictimai fikrin oyanması, hər hansı problemi ictimailəşdirmək, kütləvi ictimai qınaq obyekti etmək, hüquqi və demokratik dövlət quruculuğu yolunda vətəndaş iştirakçılığının fəallığını artırmaq, ictimai mühakimə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə yaradılır və müstəqil, heç bir ictimai-siyasi təşkilatın diktəsi altında olmayan, bütün üzvlərinin ictimai-siyasi mövqeyinə hörmətlə yanaşan bir Mərkəzə çevrilməyi hədəfləyir.

Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu istiqamətində fəaliyyətdə özünün faydalılığını dərk edən bütün Azərbaycanlıları missiyamıza qoşulmağa, İQM-də birləşməyə və demokratik, sivil, hüquqi dövlət uğrunda birgə mübarizəyə dəvət edirik.

Oxunuş sayı 1268 dəfə
Şərh vermək üçün giriş edin
Top