Çərşənbə, 25 May 2016 22:00

"Gül"ün imza günü olacaq

Xeber.İnfo-a daxil olan məlumata görə, 29  may saat 14:00-da “Kitabevim.az”da Gülnar Səmanın “Gül” kitabının imza günü olacaq. Gülnar Səma AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı, AYB və DGTYB-nin üzvü, Prezidentin təqaüd fondunun təqaüdçüsü, Gənclər və İdman Nazirliyinin mükafatçısı, “Hədəf” hazırlıq kurslarının müəllimidir. Kitab Azərbaycan Yazıçılar Birliyinin  “aybKitab” layihəsində nəşr edilmişdir.

“AybKitab” layihəsinin rəhbəri AYB-nin mətbuat katibi Xəyal Rzadır. Kitaba ön sözü müəllifin elmi rəhbəri filologiya üzrə elmlər doktoru  Vaqif Yusifli yazmışdır. Kitabın redaktoru AYB-nin üzvü İbrahim İlyaslı, rəssamı isə Nəvai Metindir. Lirik şeirlər toplusu olan kitab “Dəli sevda” və “Bir dünya” fəsillərinə bölünür. Kitaba müəllifin daha çox son dövrlərdə yazdığı əsərlər daxil edilmişdir.

Qeyd edək ki, “Gül” kitabının mayın 3-də AYB-də təqdimatı keçirilmişdir.

Maraqlanan hər kəs kitabın imza gününə dəvətlidir.

Oxunuş sayı 1560 dəfə
Şərh vermək üçün giriş edin
Top