Çərşənbə axşamı, 03 May 2016 22:00

"Gül" ictimaiyyətə tətdim olundu - FOTO

3 may 2016-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Gülnar Səmanın “aybKitab” layihəsi çərçivəsində çap olunan “Gül” şeirlər kitabının təqdimatı keçirilib. Bu barədə Xeber.İnfo-a müəllif özü məlumat verib.

Tədbirin aparıcısı DGTYB-nin Məsləhət Şurasının sədri şair Əkbər Qoşalı olub. O, “Gül” sözünü istər isim, istərsə də fel kimi anlaya biləcəyimizi deyib. İlk söz kitabın ön sözünü yazan, Gülnar Səmanın elmi rəhbəri, AMEA-nın Ədəbi tənqid şöbəsinin müdiri tənqidçi Vaqif  Yusifliyə verilib. Vaqif Yusifli Gülnarın həm elmi, həm də bədii yaradıcılığından söz açıb.

AYB Mətbuat Xidmətinin və “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza layihənin gənc yazarlar və oxucular üçün mühüm bir proyekt olduğunu bildirib. Tədbirdə Gülnarın hazırda doktorantı olduğu AMEA-nın əməkdaşları və doktorantları da iştirak edib. Onlardan Gülnarın magistr elmi rəhbəri olmuş Zəkulla Bayramlı da xeyir-duasını verib. Bunlardan əlavə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, şairlər Oqtay Rza, Fərqanə Mehdiyeva, Ayaz Arabaçı, kitabın rəssamı Nəvai Metin və.s ürək sözlərini müəllifə ünvanlablar.

Gənc yazarlardan Şəhla Aslan, Ramil Mərzili, Afət Viləşsoy, Rübabə Sahib və.s öz həmkarlarına uğurlar diləyiblər. Tədbirdə Gülnarın qələm dostları, bələdiyyə yoldaşları və.s iştirak ediblər.

Sonda müəllif kitabın ərsəyə gəlməsində və tədbirin uğurlu keçməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.

Oxunuş sayı 1509 dəfə
Şərh vermək üçün giriş edin
Top