Bazar, 01 May 2016 22:00

Elnur Abdiyevin "Yuxuna gəlim" adlı kitabı işıq üzü gördü

Elnur Abdiyevin çap olunan yeni şeirlər kitabı "Yuxuna gəlim" adlanır. Kitabda lirik, fəlsəfi şeirlər üstünlük təşkil etsə də,Qarabağımızın qara qayğılarından bəhs edən epik poemada qələmə alınmışdır. "Qara qayğılı Qarabağ" poema"sında 1988-ci ildən xalqımıza qarşı ərazi iddiası adı altında başlanan savaş mərhələ-mərhələ fəsillərlə təqdim olunmuşdur. Poemada Azərbaycanın üç Milli Qəhrəmanı: Ə.Hacıyev, T.Xəlilbəyli, Ç.Mustafayevin qəhrəmanlıqlarına fərdi bədii yanaşma xüsusi ilə qeyd oluna bilər.

Kitabın təqdimatı mayın 8-də  saat 14:00-da 28 May metrosunun yaxınlığında    yerləşən Kitabevimdə  baş tutacaq.

Qeyd edək ki, Elnur Abdiyev 1980-cı ildə Neftçala rayonu Aşağı Surra kəndində doğulub. Orta məktəb illərini doğulduğu kənddə keçirən E.Abdiyev ali təhsilini Lənkəran Dövlət Universitetinin Humanitar elmlər fakültəsinin Ana dili və ədəbiyyatı ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Cəlilabad rayonu Kövüzbulaq kənd 2 saylı orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Hal-hazırda Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbdə Ədəbiyyat müəllimidir.

Xeber.İnfo

Oxunuş sayı 1517 dəfə
Şərh vermək üçün giriş edin
Top