Çərşənbə, 20 Aprel 2016 22:00

Mirzə Sakit qəhrəman generala şeir yazdı

Hazırda mühacirətdə olan şair Mirzə Sakit Lələtəpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən və bu günlərdə general-mayor rütbəsi verilən Mais Bərxudarova şeir həsr edib.

Xeber.İnfo Mirzə Sakitin “Bir general tanıyıram” şeirini təqdim edir:

Bir general tanıyıram, mundirində dövlətimin təşəkkülü,

Qürurunda vətən eşqli qədir bilən millətimin təşəkkürü

Qəribsəyən torpağımı azad edib söylədi ki, gəl ək gülü,

Düşmənlərə tuşladığı haqq silahın öpə-öpə,

Aslan kimi komutanım, oylağı da Lələtəpə!!

Bir general tanıyıram, türk elinin Oğuz yurdlu guşəsində,

Ərənlərə qalxın - deyən cəng səslənən gur səsində 

Göy Tanrının duası var addımının cəsarətli zərbəsində,

Cəngavər tək önə keçib güllələri səpə-səpə

Aslan kimi komutanım, oylağı da Lələtəpə!!

Bir general tanıyıram, savaşlarda önə keçən Babək hoylu,

Vüqarında Xürrəminin Bəzz qalası, Savalan tək uca boylu

Azərbaycan torpağında məğlub olmaz o türk soylu

Araz boyu şahə qalxır əsirlənən o gur ləpə

Aslan kimi komutanım, oylağı da Lələtəpə!!

Oxunuş sayı 1612 dəfə
Şərh vermək üçün giriş edin
Top